Göygöldə yük maşını aşıb, iki nəfər ölübbackend

Göygöldə yük maşını aşıb, iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, Zeynalov Əhəd Yusif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi \”KamAZ\” markalı yük maşınını aşırdıb.

Nəticədə sürücü xəsarət alıb. Maşında olan iki sərnişindən hazırda şəxsiyyəti məlum olmayan biri hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az