Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Aygün Attar Türkiyə iqtidarını tənqid etdi - Sizi qaza gətirirlər

Professor Aygün Attar Türkiyə hakimiyyətini tənqid edib.

Dərc edilib: 26 may 2018 [11:20]
Baxış sayı: 5692

İnterpress.az xəbər verir ki, A.Attar bu barədə “Facebook” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Professor Türkiyə filmlərindəki tarixi səhnələrin tamaşaçıları “qaza gətirmək” üçün öncədən düşünülmüş ssenarilər əsasında lentə alındığını hesab edir.

A.Attar sözügedən tarixi hadisələr barədə filmlər vasitəsilə deyil, kitablar mütaliə etməklə məlumatlanmağı tövsiyyə edib.

“Ey əhli Azərbaycan, görürəm ki, son günlərdə Türkiyə dizilərindəki tarixi (!) dialoqları böyük fəxrlə paylaşırsınız. Çox bağışlayın, sizə söyləməliyəm ki, nə o kişilər tərəfindən, nə də onların hakimiyyəti dönəmində elə söhbətlər olmayıb və nəinki, o dövrdə, hətta bu dövrdə belə (30 ilə yaxındır yaşamaqda olduğum üçün dəqiq bilirəm) nə Təbrizə, nə Kərkükə o yerlərin türk olduğunu idrak edərək sahib çıxan idarəçi görmədim mən. Reytinqləri yüksəltmək üçün sizi qaza gətirən səhnələrdən cuşa gələrək paylaşım etmək yerinə o dizilərdəki o dönəmin tarixini (!) zəhmət çəkib kitablardan oxusanız həqiqətləri görərsiniz. Bir zamanlar “Qurtlar Vadisi”ndənki sujetlərə inananlar üçün Kərkük başda olmaqla İraqdakı türkmənlərin hazırkı vəziyyəti duyğu dəllallığını ticarətə dönüşdürənlər üçün yetərincə əsaslı dəlildir. Polad Ələmdar (Necati Şaşmaz) o dizi ilə milyonlar qazanırkən İraq türkmənləri var-yoxlarını itirdilər, ana torpaqlarını vermməmək üçün ölümə meydan oxuyurlar. İndi tək başlarına.. Yanlarında nə P.Ələmdar, nə Memamtilər var. Gavim qardaş, mən ölmüşəm hardasan? Deyərək üz tutduqları kütlə isə evlərində televiziyanın önündə yeni bir tarixi (!) qəhrəmanlığı izlədidiyindən o səsi eynilə Güney Azərbaycandan yüksələn “Haray, haray, mən Türkəm” yalvarışı kimi eşitmirlər, eşitmək istəmirlər. Dizi&Film – qurmacadır. Bir zamanların nağılları kimi. Qurğu ilə həqiqəti ayırd etmədiyimiz müddətcə o nağılların həqiqətə çevrilməsi üçün biz ovcumuzu yalayaraq hələ çox gözləyəcəyik. Allah dizi qəhrəmanlarınızı sizə çox görməsin..!”.

Qeyd edək ki, professor Aygün Attar Türkiyənin məşhur seriallarından olan və TRT-də yayımlanan “Payitaht Abdulhamid”də ilk dəfə olaraq Azərbaycanla bağlı tarixi bir hadisənin səhnələşdirilməsinə münasibət bildirib. Serialda Azərbaycanın tanınmış xeyriyyəçi və milyonçusu Hacı Zeynalabdin Tağıyev obrazı canlandırılıb. Eyni zamanda, serialın Azərbaycana həsr olunmuş hissəsində Türkiyə-Azərbaycan münasibətlərinin hər zaman müsbət məcrada inkişaf etməsindən söz açılır.

Səid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 345