Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Yanq Jiechi ilə görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü ilə görüşüb.

Dərc edilib: 26 may 2018 [11:33]
Baxış sayı: 13681

Mayın 25-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, Çin Kommunist Partiyası Xarici Əlaqələr Komissiyasının baş katibi Yanq Jiechi ilə görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə Çin Xalq Respublikası Xarici əlaqələr İnstitutunun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əlaqələri geniş müzakirə olunub.

Y.Jiechi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ölkələr arasında siyasi və mədəni əlaqələrin güclənməsində dünya miqyasında mühüm rol oynayan təşkilatlardan birinə çevrildiyini vurğulayıb: "Mərkəz artıq bu əlaqələrin qurulması və inkişafına önəmli töhfələr verən platforma kimi tanınmaqdadır. Mərkəzin fəaliyyətini yaxından izləyirəm, VI Qlobal Bakı Forumunun müasir dövrün çağırışlarına cavab verən beynəlxalq səviyyəli tədbir kimi qiymətləndirirəm. Eyni zamanda, Çinlə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişaf etdiyi də göz önündədir. Elə bu münasibətlərə verdiyi önəmə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm".

Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç VI Qlobal Forum barədə məlumat verərərk, bu forumların Bakının qlobal miqyasda dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir mərkəz kimi tanınmasında mühüm rol oynadığını vurğulayıb. O, NGBM-nin artıq beynəlxalq bir instituta çevrildiyinə diqqəti çəkib.

Latvianin Sabiq prezidenti Valdis Zatlers isə NGİC-nin dünyada sülhün, mədəniyyətlərarası dialoqun təmin olunması yollarını müzakirə edən tədbirlər təşkil etməsinin müasir dövrün çağırışlarından irəli gəldiyini qeyd edib.

Qeyd edək ki, Y.Jiechi mərkəzin fəaliyyətinə, həyata keçirdiyi layihələrə siyasi liderlərlə yanaşı, nüfuzlu alim və mütəxəssislərin də cəlb olunmasının zəruriliyini vurğulayaraq, qarşılıqlı əlaqələrinin genişləndirilməsi, beynəlxalq miqyaslı tədbirilərin təşkili məqsədilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib.

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 50