Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"İcra başçısı işçilərin maaşlarından hər ay 23-30 manat tutur" - ZƏRDABDA NƏLƏR BAŞ VERİR?

Zərdab rayon sakinləri icra başçısı Lütvəli Babayevdən şikayətçidirlər.

Dərc edilib: 26 may 2018 [12:07]
Baxış sayı: 11824

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev işçilərin maaşlarından hər ay 23-30 manat pul tutulması üçün xüsusi göstəriş verib.

Bu barədə İnterpress.az-ın redaksiyasına Zərdab rayon sakinləri tərəfindən göndərilən şikayət məktubunda deyilir.

Şikayətçilər rayonun mərkəzi küçələrinin bərbad olduğunu bildirir: “Zibillliklər antisanitariya baş alıb gedir. Rayonda heç bir quruculuq-abadlıq işləri aparılmır. Lütvəli Babayev büdcə təşkilatlarında işləyən işçilərin maaşlarından hər ay 23-30 manat pul tutulması üçün direktor və müdirlərə xüsusi göstəriş verib”.

Rayon sakinlərin sözlərinə görə, rayonda adi bir işin görülməsi üçün büdcə təşkilatının işçilərinin maaşlarından pul tutulur: “Sahibkarlara aylıq haqq kəsilib.Heç bir ağac əkilmədən yaşıllaşdırma adı ilə küllü miqdarda pullar Lütvəli Babayev tərəfindən mənimsənilir. Lütvəli Babayev həm savadsızlığına, həm iş bacarığının olmamasına görə ən əsası isə sakinlərin nifrətin qazandığına görə Zərdab rayon sakinləri onun tutduğu vəzifədən nə vaxt kənarlaşdırılacağını səbirsizliklə gözləyirlər”.

Şikayətçilər iddia edir ki, icra başçısının psixoloji problem var: “Psixoloji problemi olan Lütvəli Babayev hətta məclislərdə deyir ki, "mən nə vaxt özüm istəsəm onda vəzifədən gedəcəm çünki Zərdabı mənə veriblər". İndi də barama planının doldurulması üçün saxtakarlığa start verib.Büdcə təşkilatlarının işçilərinin maaşlarından pul tutulmağına göstəriş verib.Həmin pulla Şəki barama qəbulu məntəqəsindən barma planının verməsinə dair sənəd alacaq. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik ki, 11 ildir ki, Zərdab rayonunu viran gününə qoyan, zərdablılara zülm yaşadan, psixoloji problemi olan, savadı təcrübəsi qətiyyən olmayan Lütvəli Babayevi gənc, işgüzar və savadlı kadrla əvəz edəsiniz”.

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 50