Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Mikayıl Cabbarov: Əmək haqqından tutulan vergilər azaldıla bilər

Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.

Dərc edilib: 26 may 2018 [12:20]
Baxış sayı: 4529

"Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqındna ödənilən vergilərin azaldılması ilə bağlı müzakirələr aparır".

İnterpress.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

"Əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir", - deyə o, qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub:

"Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər. Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir".

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 335