Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Masallıda 16 yaşlı qız itkin düşüb

Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Sara Xıdır qızı Hüseynova itkin düşüb.

Dərc edilib: 26 may 2018 [13:00]
Baxış sayı: 19384

Masallı sakini itkin düşüb.

İnterpress.az Apa-ya istinadən verdiyi məlumata görə, Masallı şəhər sakini, 2002-ci il təvəllüdlü Sara Xıdır qızı Hüseynova mayın 17-də saat 14:00 radələrində ailə üzvlərindən xəbərsiz yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Sara Hüseynovanın əlamətləri bunlardır: Boyu 173 sm, gözləri və saçları qara rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən üzərində mavi rəngli yay gödəkçəsi, qara rəngli cins şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47