Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bir qız deputat seçə bilirsə, deməli, ər də seçə bilər - Ekspertdən qızqaçırma ilə bağlı ŞOK AÇIQLAMALAR

Azərbaycanda qızqaçırtma ənənəsi Eneolit dövründən indiyə qədər mövcuddur və cinayət sayılmamalıdır.

Dərc edilib: 26 may 2018 [13:26]
Baxış sayı: 24931

"Düşünürəm ki, bu məsələ ilə özü elə başdan ayağa problem olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlanmır"

“Bizim rayonlarımızda 9-cu, 10-cu siniflərdə evlənən o qədər məktəbli qızlar və oğlanlar var ki. Hamısını tuturlarmı? Xeyir, tutmurlar. Çünki mentalitet bəzi hallarda qanunu üstələyir. Baxın, bu qızqaçırtmaq bizim milli tariximizdən gəlir. Bu adət Eneolit dövründən indiyə qədər mövcuddur. Bu günləri hətta eyni cinsin nümayəndələri belə gedib şadlıq saraylarında özlərinə toy mərasimi təşkil edə bilirlər. Şadlıq sarayının rəhbərliyinə maraqlı deyil ki, evlənən kimdir. O, pulunu alır və sarayı bir günlük icarəyə verir. Dövlətimiz tərəfindən rəsmi şəkildə təsdiq olunmuş rəqəmlər var ki, 540-560 nəfər məktəblilər erkən nikaha daxil olub”.

Bu sözləri İnterpress.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

K.Əsədov qeyd edib ki, əgər, qızın 18 yaşı varsa, sevdiyi oğlanla qoşulub qaçmaq qərarı verirsə, bu, artıq onun konstitusion hüququdur. Hətta valdieynləri razı olmasa belə: “Çünki 18 yaşı olmuş hər bir şəxs qərar qəbul emtəkdə müstəqildir. Eyni zamanda, valdieynlərin razılığı varsa, qızın razılığı yoxdursa, bu, artıq cinayətdir. Birinci razılıq qızın razılığı olmalıdır. Belə deyim də, əgər bir vətəndaş səsvermə hüququna malikdirsə, seçib seçməmək hüququ varsa, müstəqil qərara vermək hüququ da var. Bir adam deputat seçə bilirsə, deməli, həyat yoldaşını da seçə bilər. Amma qanunun arasında uyğunsuzluğun bir tərəfi də var. Bizim rayonlarımızda 9-cu, 10-cu siniflərdə evlənən o qədər məktəbli qızlar və oğlanlar var ki. Hamısını tuturlarmı? Xeyir, tutmurlar. Çünki mentalitet bəzi hallarda qanunu üstələyir. 2013-cü ilə qədər UNİCEF Azərbaycanla bağlı hesabat yaymışdı ki, 2011, 2012, 2013-cü illərdə 5400-5600 nəfər nikah yaşına çatmayan məktəblilər erkən nikaha daxil olublar. Molla kəbini ilə bu evlilik həyata keçirilib. Amma 2014, 2015, 2016 və 2017-ci illərdə isə bu rəqəm 10 dəfəyə qədər azalıb. Dövlətimiz tərəfindən rəsmi şəkildə təsdiq olunmuş rəqəmlər var ki, 540-560 nəfər məktəblilər erkən nikaha daxil olub. Bu nikahlar hamısı molla kəbini əsasında həyata keçirilib”.

“Bu toy edən bədbəxtlərdən restoran müdiri soruşmalıdır ki, sənədinizi gətirin görüm sizin hələ rəsmi şəkildə nikahınız var və yaxud da ki, sizin yaşınız düşürmü?”

Ekspert hesab edir ki, məktəblilər arasında erkən nikahlarda günahkar tərəf valideynlərin maarifsiz olduğu və bu maarifləndirmə tədbirlərini həyata keçirməyən məktəb rəhbərləridir. O, bunun qarşısının alınması üçün sərt cəza tədbirlərini həyata keçirməyi təklif edir: “Problemin dəhşətli tərəfi odur ki, erkən nikahlara qarşı hər il dövlət tərəfindən təhsil müəssisələrinə ayrılan qrant layihələr var. Onun bidənə təsiri varmı? Yalandan gedirlər məktəblərə 3-5 dənə şəkil çəkdirib gəlirlər ki, bəs, erkən nikahlara qarşı ciddi şəkildə mübarizə aparırıq. Hara aparırsız? Axı, məktəblilər arasında erkən nikahlar azalma əvəzinə daha da artır. Deməli, birinci bu yalançı maarifləndirməni həyata keçirən orqanlar, qurumlar və QHT-lər cəzalandırılmalıdır. İkinci, valideynlər məcburi şəkildə övladlarının erkən nikaha daxil olmasını tələb edirlərsə, onlar cəzalandırılmalıdır. Burada əgər, molla kəbini varsa, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) həmin mollaları cəzalandırmalıdır. Bunlardan başqa bunun ən dəhşətli tərəfi odur ki, məktəblilər evlənirlər, amma adları hələ də məktəbdə gedir və direktorlar onlara qiymət yazır. Amma normalda hamı bilir ki, ərə gedən heç bir orta məktəbli qız daha dərsə getməyəcək. Ona görə də, bu məsələdə məktəb direktorları da cəzalandırılmalıdır”.

“Bu məsələ ilə özü elə başdan ayağa problem olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlanmır”

K.Əsədov məktəblilərin erkən nikaha daxil olmasına görə, onların toy mərasiminin baş tutduğu şadlıq saraylarının rəhbərlərini də günahlandırıb. O qeyd edib ki, buna görə, şadlıq saraylarının rəhbərləri də məsuliyyət daşıyır: “Hətta müəyyən vaxtdan sonra məktəbli qız uşaq dünyaya gətirir və onun yerləşdiyi xəstəxana rəhbərliyi də heç bir tədbir görmür. Bu günləri hətta eyni cinsin nümayəndələri belə gedib şadlıq saraylarında özlərinə toy mərasimi təşkil edə bilirlər. Şadlıq sarayının rəhbərliyinə maraqlı deyil ki, evlənən kimdir. O, pulunu alır və sarayı bir günlük icarəyə verir. Amma bu toy edən bədbəxtlərdən restoran müdiri soruşmalıdır ki, ay balam, bir sənədinizi gətirin görüm sizin hələ rəsmi şəkildə nikahınız var və yaxud da ki, sizin yaşınız düşürmü? Bəlkə, onların heç tibbi arayışalrı yoxdur, bəlkə də hər hansı xəstəliyin daşıyıcılarıdır. Amma gör kimsə bununla maraqlanırmı? Xeyir, çünki əsas puldur. Hamı pulunu qazanmaq istəyir. Ölkədə bu, heç kimin vecinə deyil. Düşünürəm ki, bu məsələ ilə özü elə başdan ayağa problem olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlanmır”.

“Təbii ki, bir şəxs sevdiyi qızı qaçırırsa, bu, cinayət sayılmamalıdır, çünki bu adət Eneolit dövründən indiyə qədər mövcuddur”

K. Əsədov hesab edir ki, bir şəxs sevdiyi qızı qaçırırsa, bu, cinayət sayılmamalıdır. Onun sözlərinə görə, kimsə, evlənmək niyyəti ilə sevdiyi qızı qaçıra bilər:“Azərbaycanın adət-ənənələri və mentaliteti tərkibində qızqaçırtma adəti də mövcuddur. Necə ki, ailədə böyük gələndə kiçik durar kimi yazılmamış qanunlar var, bu da eləcə. Bu qayda da bizim yazılmamış qanunlar çərçivəsindəki mentalitetimizdir. Ümumiyyətlə, gəlin bir bu suala cavab axtaraq ki, hansı halda oğlan sevdiyi qızı qaçırır? Ya ailəsi qızı oğlana vermək istəmir, ya qızın ailəsi imkansız olduğundan cer-cehiz vermək iqtidarında deyil və s. Buna görə də, insan məcbur olur qaçırır. Amma son nəticə niyyət önəmlidir. Amma bəzən onun adı nə qoyulur? – adam oğurluğu. Bu gün o qədər oğlanlar var ki, evlənmək niyyəti ilə sevdiyi qızı qaçırdığı görə hazırda məhbus həyatı yaşayır. Təbii ki, bir şəxs sevdiyi qızı qaçırırsa, bu, cinayət sayılmamalıdır. Bu, ayır bir məsələdir. Amma mövcud olan qanunlara görə bu, cinayət prosedurudur. Yaşı 18-dən yuxarı cütlüklər arasında isə niyyət konkret evlənmək məqsədidirsə, buna göz yummaq olar. 1956-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına və Cinayət Məcəlləsinə dəyişiklik edildi. Bilirsiniz, dünyanın heç bir ölkəsində adam öldürmək yüngülləşdirici hal deyil. Amma SSRİ belə başa düşdü ki, Azərbaycan şərq ölkəsidir və müsəlmasn ölkəsidir. Ona görə də, namus üstündə adam öldürmək yüngülləşdirici hal hesab olunmağa başladı. Qəsdən adam öldürməyə görə 10 il azadlıqdan məhrumetmə cəzası verilirdisə, namus üstündə öldürənə 7 il verirdilər. Baxın, bu qızqaçırtmaq bizim milli tariximizdən gəlir. Bu adət Eneolit dövründən indiyə qədər mövcuddur”.

Səid Qərib
İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 50