Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Cəlilabadda dörd gün əvvəl yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Faktla bağlı araşdırma aparılır.

Dərc edilib: 26 may 2018 [15:12]
Baxış sayı: 7890

Cəlilabad rayonunda dörd gün əvvəl yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Kəmaləddin oğlu Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mayın 22-də Cəlilabad şəhərinin Mehdi Hüseynzadə küçəsində “VAZ-2106” markalı avtomobilin maneyə çırpılması nəticəsində Mehdi Arzu oğlu Abdullazadə və Hüseyn Kamaləddin oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 335