Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı (ÖZƏL)backend

Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı (ÖZƏL)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövründə 141,5 milyard dollar təşkil edib.

İnterpress.az bildirir ki, bu barədə Trend-ə Fonddan məlumat verilib.

Qeyd edək ki, SOFAZ-ın gəlirləri neft və qaz satışından əldə olunaraq investisiya fəaliyyəti üçün əsas sayılır.

Məlumatda qeyd edilir ki, Fondun aktivlərinin idarə edilməsi üzrə gəlirlər mayın 1-ə olan məlumata görə, 5,4 milyard dollar təşkil edib. Neft və qaz satışından daxil olan gəlirlər isə 136,1 milyard dollara çatıb.

Bu ilin aprelində SOFAZ-ın aktivləri 5,1 faiz artaraq ötən ilin müvafiq dövrü ilə müqaisədə 37,631 milyard dollar təşkil edib. Halbuki ötən il bu rəqəm 35,806 milyard dollar olub.

Qeyd edək ki, SOFAZ 1999-cu ildə yaradılıb. O vaxt Fondun aktivləri 271 milyon dollar təşkil edirdi.

İnterpress.az