*9111-dan möhtəşəm aksiya – Taksilər bayraqlara büründü – VİDEObackend

*9111-dan möhtəşəm aksiya – Taksilər bayraqlara büründü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada tədbirlər, aksiyalar keçirilir.

Bakıda fəaliyyət göstərən *9111 taksi şirkəti də keçirdiyi aksiya ilə digər şirkətlərdən geri qalmır.

Belə ki, paytaxtda bayram abu-havasına daha da əlavə rəng qatmaq məqsədi ilə şirkətin taksiləri üçrəngli bayrağımızla bəzədilib.

İlk dəfədir belə bir aksiya keçirdiklərini vurğulayan şirkətin direktoru Ramin Manaşirov qeyd edib ki, aksiyanın təşkil olunmasında məqsəd gənclərin vətənpərvərlik və milli şüurun inkişafında pay sahibi olmaqdır. Xalq Cümhuriyyətini tarixin şanlı səhifəsi adlandıran Manaşirov bildirib ki, gənclik tariximizi dərindən öyrənməli, onu təbliğ etməlidir. Sonda şirkət rəhbəri qeyd edib ki, gələcəkdə də vətənpərvərlik və milli şüurun inkişafı üçün müxtəlif aksiyaların keçiriləcək.

(yenicag.az)

İnterpress.az

*9111-dan möhtəşəm aksiya - Taksilər bayraqlara büründü - VİDEO

*9111-dan möhtəşəm aksiya - Taksilər bayraqlara büründü - VİDEO

*9111-dan möhtəşəm aksiya - Taksilər bayraqlara büründü - VİDEO