Lənkəranda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Lənkəranda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib

Yüz il bundan əvvəl əsası qoyulan dövlətimizin bu gün qazandığı nailiyyətlərlə hər bir azərbaycanlı fəxr edir, bu əziz bayramı qürur hissi ilə, alnıaçıq, üzüağ qarşılayır".

Dərc edilib: 26 may 2018 [17:32]
Baxış sayı: 8646

Lənkəran rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yürüş-marafon və konfrans keçirilib.

İnterpress.az "Report"a istinadən veridyi məlumata görə, əvvəlcə Lənkəran şəhərindəki Dövlət bayrağı meydanından Heydər Əliyev xatirə parkınadək minlərlə gəncin və yeniyetmənin iştirak ilə yürüş-marafon keçirilib.

Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər şəxslər ümummilli lider Heydər Əliyevin xatirə parkındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində yubileyə həsr olunan rəsm sərgisinə baxış keçirilib.

Bundan sonra Azərbaycan Respublikasının Dövlət himni ilə Heydər Əliyev Mərkəzində konfrans öz işinə başlayıb.

T.Qaraşov 1918-ci ilin mayın 28-ni Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gün kimi dəyərləndirib: "Azərbaycan xalqı məhz həmin tarixi gündə əsrlər boyu həsrətində olduğu azadlığına qovuşub, müstəmləkə əsarətindən qurtulub və dövlət müstəqilliyini qazanıb. Şərqdə ilk dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddət ərzində böyük işlər görüb, tarixi xidmətlər göstərib və zəngin dövlətçilik ənənələri formalaşdırıb. Ulu öndər Heydər Əliyevin müdrik düşüncəsi ilə məhv olmaqdan xilas edilən və Prezident İlham Əliyevin yorulmaz səyləri ilə sürətlə inkişaf edib dünyanın qabaqcıl dövlərləri sırasına yüksələn bugünkü müstəqil Azərbaycan Respublikası məhz Xalq Cümhuriyyətinin qanuni varisidir. Yüz il bundan əvvəl əsası qoyulan dövlətimizin bu gün qazandığı nailiyyətlərlə hər bir azərbaycanlı fəxr edir, bu əziz bayramı qürur hissi ilə, alnıaçıq, üzüağ qarşılayır".

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məruzələr dinlənilib, mövzu ətrafında çıxışlar olub.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 43