Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Sosial şəbəkələr insanları öldürür - ARAŞDIRMA

Dərin depresiya, həyəcan, tükənmişlik sindromlarına gətirib çıxaran bu halların başında daimi sosial şəbəkələrdən istifadə durur.

Dərc edilib: 27 may 2018 [00:57]
Baxış sayı: 12305

Ürək çatışmazlığından əziyyət çəkən insanlarda ölüm riski digərlərindn daha çoxdur. Bunun üçün də mütləq sağlam, fəal həyat tərzinə üstünlük vermək lazımdır.

İnterpress.az publika.az-a istinadən xəbər verir ki, son vaxtlar ürək xəstəliklərinin əsas mənbəyi insanların oturaq həyatı və sosial şəbəkələrə qarşı yarınan həddən artıq bağlılıqdır.

Belə ki, həyatdan təcrid olub, bütün zamanını internetdə keçirdən insanların ürəyi təmiz hava ilə kifayət qədər qidalanmır. Bu da bir sıra ürək-damar xəstəliklərinə səbəb olur.

Amerikada həddi buluğa çatmış insanlar üzərində aparılan təcrübələr nəticəində məlum olub ki, 6 milyondan çox amerikalı ciddi ürək xəstəliklərindən əziyyət çəkirlər. Dərin depresiya, həyəcan, tükənmişlik sindromlarına gətirib çıxaran bu halların başında daimi sosial şəbəkələrdən istifadə durur.

Lakin artıq insanların qanına hopmuş bu aslılıqdan can qurtarmaq mümkün deyil. Çünki həkimlər hər an xəstələrin yanında olub, onların həyatına müdaxilə edəcək gücdə deyirlər. Bu baxımdan, insan özünə məhdudiyyət qoymağı bacarmalıdır.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 111