Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi ölüb » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi ölüb

Bir neçə terrorçu qrupu günün qaranlıq saatlarında hökumət qoşunlarının artilleriya batareyasına hücum edib.

Dərc edilib: 27 may 2018 [13:55]
Baxış sayı: 9577

Suriyada terrorçuların açdığı atəş nəticəsində 4 Rusiya hərbçisi ölüb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə gecə saatlarında Deyr əz-Zor əyalətində baş verib. Bir neçə terrorçu qrupu günün qaranlıq saatlarında hökumət qoşunlarının artilleriya batareyasına hücum edib. Batareyanın atəşinə nəzarət edən iki Rusiya hərbi məsləhətçisi yerində ölüb. Digər beş rus hərbçisi yaralanıb və dərhal Rusiyanın hərbi xəstəxanasına aparılıb. Daha 2 hərbçi isə orada keçinib.

Döyüş nəticəsində 43 terrorçu öldürülüb, onların üzərində iriçaplı silahlar quraşdırılmış 6 avtomobili məhv edilib.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 46