Fransanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edibbackend

Fransanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda səfərdə olan Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın başçılıq etdiyi nümayəndə heyəti mayın 27-də Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

İnterpress.az xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Fransanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

İnterpress.az