Yasamalda tikinti gedən ərazidə BİABRÇILIQ – İH-nin kobud səhvi – FOTObackend

Yasamalda tikinti gedən ərazidə BİABRÇILIQ – İH-nin kobud səhvi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Müveqeti narahatcılğa görə üzür istəyirik\”

İnterpress.az xəbər verir ki, Yasamal rayonunda tikinti gedən ərazinin hasarlandığı banner bir neçə gündür müzakirə mövzusuna çevrilib.

Belə ki, Yasamal rayon Məhkəməsinin qarşısında adı məlum olmayan tikinti şirkəti tərəfindən aparılan inşaat işləri barədə sakinlərə xəbərdarlıq etmək üçün yazılan məlumatlardakı hərf səhvləri diqqəti cəlb edib.

Ərazinin hasarlanması üçün nəzərdə tutulmuş məlumatların əks olunduğu lövhədəki cümlədə bir neçə hərf səhvinin olduğu gülüş obyektinə çevrilib.

Müzakirəyə qoşulanlar bu yarıtmazlıqda Yasamal rayon İcra Hakimiyyətini tənqid atəşinə tutublar. Belə ki, sözügedən ərazidə tikinti işlərinin getdiyi üçün sakinlərə xəbərdarlıq etmək üçün ərazini hasarlayan məlumatverici lövhədə yazılmış \”Müveqeti narahatcılğa görə üzür istəyirik\” cümləsi insanlar tərəfindən gülüş obyektinə çevrilib.

Bəziləri bu məsələdə Yasamal İH-ni qınasalar da, digərləri bu məsələyə görə bir müddətdir rəhbərsiz qalan Bakı Şəhər İcra Hakimiyyətini tənqid hədəfinə çeviriblər.

S.Qərib
İnterpress.az