ABŞ və Şimali Koreya rəsmiləri arasında görüş keçirilirbackend

ABŞ və Şimali Koreya rəsmiləri arasında görüş keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KXDR-lə Cənubi Koreya arasında yerləşən Pxanmuncom sərhəd məntəqəsində ABŞ və KXDR rəsmiləri arasında görüş keçirilir.

İnterpress.az Apa-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert bəyan edib.

“Prezident Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşə hazırlıq işləri davam etdirilir”, deyə X.Nauert qeyd edib. “The Washington Post”-un məlumatına əsasən, məsləhətləşmələr mayın 30-dək davam edəcək.

Qeyd edək ki, Cənubi Koreya lideri Mun Çje İn KXDR rəhbəri Kim Çen Inla mayın 26-da keçirdiyi danışıqlar zamanı Şimali Koreya və ABŞ arasında istənilən fikir ayrılıqlarının aradan qaldırılması üçün birbaşa dialoqun aparılmasının vacibliyini qeyd edib.