Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Cümhuriyyətin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - FOTO - VİDEO

Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib.

Dərc edilib: 28 may 2018 [10:26]
Baxış sayı: 12187

Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.

Fonddan İnterpress.az-a verilən məlumata görə, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib.

Ekspedisiya peşəkar alpinistlər və layihədə iştirak edən qurumların nümayəndələrindən ibarət olub.

Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.

Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.

İnterpress.az
Cümhuriyyətin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - FOTO - VİDEO

Cümhuriyyətin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - FOTO - VİDEO

Cümhuriyyətin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - FOTO - VİDEO

Cümhuriyyətin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - FOTO - VİDEO

Cümhuriyyətin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - FOTO - VİDEO












Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 136