Sabir Rüstəmxanlı Cümhuriyyətin 100 illiyi ilə bağlı dünya azərbaycanlılarını təbrik edibbackend

Sabir Rüstəmxanlı Cümhuriyyətin 100 illiyi ilə bağlı dünya azərbaycanlılarını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

Təbrikdə deyilir:

\”Dünyaya səpələnmiş bütün əzizlərimizi, soydaşlarımızı, bacı və qardaşlarımızı Dünya Azərbaycanlıları Konqresinin üzvlərini və tərəfdaşlarını, eləcə də Arazın o tayında, bu tayında yaşayan böyük Azərbaycan-türk xalqını, bütün istiqlalçı deputat dostlarımı Azərbaycan Cümhuriyyətinin şanlı 100 illik yubileyi münasibətilə DAK İdarə Heyəti, Vətəndaş Həmrəyliyi Partiyası adından ürəkdən təbrik edirəm.

Cümhuriyyət tarixi və yaşatdığımız istiqlal dəyərləri göstərir ki, bu xalqı azadlıq və müstəqillik yolundan heç bir qüvvə döndərə bilməz. Xoşbəxtəm ki, Cümhuriyyətin bərpasında danılmaz əməyim vardır.

Yaşasın azad, müstəqil və bütöv Azərbaycan!\”

İnterpress.az