Elmar Məmmədyarov ABŞ-a səfərə gedibbackend

Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Bu barədə İnterpress.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.

İnterpress.az