Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Gürcüstan-İran-Rusiya sərhədində AXC-nin 100 illiyinə həsr olunmuş yürüş keçirilib

İftixar hisslərini ifadə edib, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.

Dərc edilib: 28 may 2018 [13:14]
Baxış sayı: 18457

Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətindən İnterpress.az-a verilən məlumata görə, ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.

İnterpress.az

Gürcüstan-İran-Rusiya sərhədində AXC-nin 100 illiyinə həsr olunmuş yürüş keçirilib

Gürcüstan-İran-Rusiya sərhədində AXC-nin 100 illiyinə həsr olunmuş yürüş keçirilib

Gürcüstan-İran-Rusiya sərhədində AXC-nin 100 illiyinə həsr olunmuş yürüş keçirilib










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134