İmkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun – İlham Əliyevbackend

İmkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun – İlham Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz heç vaxt imkan verməyəcəyik ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti qurulsun\”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü əlli ordusu sırasındadır: \”Bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyimizin qarantıdır”.

İnterpress.az