Bu gün Bakıda konsert keçiriləcək – ATƏŞFƏŞANLIQ OLACAQbackend

Bu gün Bakıda konsert keçiriləcək – ATƏŞFƏŞANLIQ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan təntənəli konsert proqramı keçiriləcək.

Heydər Əliyev Fondundan İnterpress.az-a verilən məlumata görə, konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.

Konsert saat 20:00-dan etibarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq.

Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

İnterpress.az