Rumıniya mətbuatında AXC-nin 100 illik tarixi ilə bağlı məqalə dərc edildibackend

Rumıniya mətbuatında AXC-nin 100 illik tarixi ilə bağlı məqalə dərc edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat verilir, etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşa bütün mülki və siyasi hüquqları təmin edən demokratik respublika elan olunduğu qeyd edilir. 1918-1920-ci illərdə qısa dövr ərzində ölkənin keçdiyi inkişaf prosesi, siyasi, iqtisadi, mədəni, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlar barədə məlumat verilir. Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentli demokratiya, qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə və bu meyar üzrə öndə gedən Avropa ölkələrindən biri olduğu göstərilir. Məqalədə Azərbaycan xalqının milli şüurunun inkişafı və müstəqillik arzularının yenidən reallaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu, əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğu vurğulanır.

İnterpress.az