İstanbul körpüsü Azərbaycan bayrağının rənglərinə büründübackend

İstanbul körpüsü Azərbaycan bayrağının rənglərinə büründü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Asiya və Avropa səmtini Boğaziçindən sonra ikinci dəfə birləşdirən, Osmanlı tarixinin ən önəmli sultanlarından olan Sultan Mehmet Fatehin adını daşıyan asma körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanıb.

Möhtəşəm İstanbul mənzərəsinin rəngləndiyi körpünün görüntüsü hər kəsin marağına səbəb olub. Bu əsrarəngiz aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə reallaşıb. Ankara vaxtı ilə saat 20:00-da mavi, qırmızı və yaşıl işıqlara bürünən körpünün görüntüsünü izləmək üçün İstanbulda yaşayan həmvətənlərimiz onun ən gözəl göründüyü Etilər, Kavacık, Hisarüstü səmtlərinə axın ediblər.

Körpü saat 20:00-dan səhər açılana kimi üçrəngli bayrağın işıqlarına boyanacaq. ( report.az )

İnterpress.az