Qətər əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıbbackend

Qətər əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İnterpress.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

\”Zati-aliləri.

Ölkənizin milli bayramı – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin gələcək illərdə daha da genişlənməsini arzulayıram\”.

İnterpress.az