Cəhənnəmdə minlərlə azərbaycanlı var – Tükürpədici faktlarbackend

Cəhənnəmdə minlərlə azərbaycanlı var – Tükürpədici faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkələrdində terror aktları törədən İŞİD terror təşkilatı ilə bağlı yeni faktlar üzə çıxıb.

Terror qruplaşmasının daha çox müsəlman ölkələrində, eyni zamanda, müsəlmanların yaşadığı digər ərazilərdə məskən salmaları təşkilatın müsəlmanlara qarşı yaradıldığı danılmaz faktdır. Amma maraqlısı odur ki, sözügedən qruplaşma istənilən terror hadisələrini həyata keçirən zaman müsəlmanlara məxsus dini ayinləri icra etdiklərini vurğulayırlar.

İnterpress.az İŞİD-ə qoşulan azərbaycanlılarla bağlı araşdırma aparıb.

Araşdırmalardan sonra məlum olub ki, ötən ilin statistikasına görə, ABŞ-ın təhlükəsizlik orqanlarına İŞİD terror qruplaşmasına 80 millətin nümayəndəsinin qoşulduğu barədə məlumat daxil olub. Bu məlumat ABŞ-da West Point Terrorizmlə Mübarizə Mərkəzi tərəfindən araşdırılıb. Məlum olub ki, dünyanın 80 ölkəsindən İŞİD-ə qoşulan üzvlər arasında ən azyaşlının 11 yaşı var. Eyni zamanda, böyüklər arasında ən yaşlılarının 80 yaş olduğu bildirilir.

“İŞİD-ə qoşulan azərbaycanlılar arasında hər 5 nəfərdən biri qadındır”

Terror təşkilatına üzv olanlar arasında gənc və orta yaşlı insanlar çoxluq təşkil edir. Ümumilikdə isə, terror qruplaşmasına üzvlük vəsiqəsi alanlar arasında Səudiyyə Ərəbistanı, Türkiyə və Azərbaycan vətəndaşlarının üstünlük təşkil etdiyi vurğulanır. Qeyd olunur ki, terrorçuların sıralarında yer alan türkiyəli və azərbaycanlıların sayında hər il artım müşahidə olunur. Məlumatda deyilir ki, İŞİD sıralarında döyüşərkən ölən hər bir muzdlu döyüşçüyə görə, azı iki nəfər yeni üzv qəbul olunur.
Siyahıda ümumilikdə yarandığı gündən İŞİD-ə qoşulanlar sırasında 2500-ə qədər Türkiyə vətəndaşının yer aldığı bildirilir. Azərbaycandan isə terror qruplaşmasına 2000 nəfərə yaxın üzv ola bilib. Amma buna baxmayaraq, qoşulanların yarıdan çoxu döyüşlər zamanı ölüb. Eyni zamanda, İŞİD-ə qoşulan azərbaycanlılar arasında hər 5 nəfərdən birinin qadın olduğu vurğulanır.

“İŞİD-də evlənmək istəyənlər ancaq ayrı-ayrı millətlərdən olan İŞİD-çilərlə ailə qura bilər”

“West Point”-in məlumatına görə, terror təşkilatına Rusiya, Əfqanıstan, Pakistan, Tacikistan İraqdan da qoşulanların sayı çoxluq təşkil edir. Eyni zamanda, terror təşkilatına qoşulanlar arasında 5 Avropa ölkəsinin də vətəndaşları yer alıb. Onlar Fransa, Almaniya, İngiltərə, Avstraliya, Kanadadan qoşulanlardır. Siyahıda İŞİD-ə qoşulanlar arasında ABŞ vətəndaşının olmadığı da əks olunub.

Həmçinin, siyahıda terrorçuların ailə vəziyyəti barədə məlumat da əks olunub. Məlumata görə, İŞİD-ə üzv olanların 30 faizindən çoxu evlidir və onlar öz ailələri ilə birlikdə terror təşkilatına qoşulub. İŞİD-ə qoşulandan sonra ailə quranların olduğu haqqında da məlumat var. Belə ki, İŞİD-ə qoşulanların 2 faizi orada evlənib. Bu cür evlənənlərin arasında azərbaycanlıların da olduğu deyilir. Həmçinin qeyd olunur ki, terror təşkilatının nizamnaməsinə uyğun olaraq sonradan evlənmək istəyənlər ancaq ayrı-ayrı millətlərdən olan İŞİD-çilərlə ailə qura bilər.

Qeyri-rəsmi məlumatlara görə, bu günə qədər İŞİD sıralarında döyüşərək öldürülən azərbaycanlıların sayı minlərlədir. Bildirilir ki, öldürülən İŞİD-çilər arasında milliyətcə azərbaycanlı olan müxtəlif ölkələrin vətəndaşları da mövcuddur. Onların əksəriyyətinin meyitləri yandırılaraq məhv olub. Amma bir neçəsinin meyitinin doğulduğu ölkələrə göndərildiyi bildirilir.

İnterpress.az