7 nəfər İTV-nin baş direktoru olmaq istəyir – SİYAHIbackend

7 nəfər İTV-nin baş direktoru olmaq istəyir – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Bu barədə İnterpress.az-a Milli Teleradio Şurasından məlumat verilib.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

\”İctimai televiziya və radio yayımı haqqında\” Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin siyahısı:

1 Abbasov Rauf Müzəffər oğlu – Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsi, rəis müavini

2 Abbasov Səbuhi Mübariz oğlu – 7news.az saytı, baş redaktor

3 Mehrəliyeva Şəfəq Akif qızı – ADA Universiteti, aparat rəhbəri

4 Mehtiyeva Rahilə İbrahim qızı – Elit informasiya agentliyi, MMC baş direktor

5 Xəlilova Qərənfil Əli qızı – Hal-hazırda işsizdir

6 Qarayev Sadıq Qurban oğlu – AMEA Mərkəzi Nəbatat Bağı, elmi işçi

7 Qasımov Balakişi Ələkbər oğlu – İctimai Televiziya və Radio Yayımları Şirkəti,baş direktorun müavini

İnterpress.az