“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsindən milyardlarla dollar qazanc əldə edəcək” — Komitə sədribackend

“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsindən milyardlarla dollar qazanc əldə edəcək” — Komitə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitə sədri Ölkə.az-a açıqlamasında deyib ki, Cənub Qaz Dəhlizi çox mühüm əhəmiyyətə malik olan beynəlxalq layidədir:

“Azərbaycan 1994-cü ildə “Əsrin Müqaviləsi”ni reallaşdırmaqla dünyaya sübut etdi ki, o, çox dəyərli tərəfdaşdır, maraqların toqquşmasına imkan vermir, rəqabət mübarizəsinin bütün prinsip və tələblərini nəzərə alır. Ona görə də indi həyata keçirlən layihələr özünün miqyasına, çəkisinə və əhatə etdiyi məsələlərə görə Azərbaycan dövlətinin həyata keçirdiyi çox böyük tədbirlərdir”.

Z.Səmədzadə qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın imicini dünyada daha da gücləndirəcək:

“Çünki bu layihənin həyata keçirilməsi ilə bir neçə ölkə ilk növbədə özünün enerji təhlükəsizliyini təmin edəcək. Enerji təhlükəsizliyinin daha da davamlı olması üçün dvidentlər əldə edilir. Bu layihənin həyata keçirilməsi göstərdi ki, Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq prinsiplərinə tam riayət edir.

Cənub Qaz Dəhlizi layihəsi onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət sabitliyə, əmin-amanlığa xidmət edir. Təbii ki, tərəflər hər bir layihədən mənfəət götürürlər. Bu layihədən də Azərbaycan böyük qazanc əldə edəcək. Çünki istehsalçı ölkədir. İstehsalçı ölkə bütün hallarda çox qazanır.

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi artacaq. Təkcə bu layihənin dəyəri 40 milyard dollardır. Bu adi məsələ deyil. Azərbaycan dünyada elə ölkələrdəndir ki, son illər ölkə iqtisadiyyatına 230 milyard dollardan çox vəsait qoyulub. Azərbaycan kimi ölkələr arasında ikinci dövlət yoxdur ki, bu qədər investisiya qoyulsun. Bütün bunlar onu göstərir ki, Azərbaycan sağlam rəqabət mübarizəsində fəal iştirak edir. Yanacaq, energetika resurslarının dünya bazarına çıxarılmasında Azərbaycanın böyük təcrübəsi var. Biz bunu dünyaya da sübut etmişik”.

İnterpress.az