Əkin sahələrinin yandırılması qadağan edilir – Milli Məclisdə müzakirəbackend

Əkin sahələrinin yandırılması qadağan edilir – Milli Məclisdə müzakirə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas bu qadağanın anlaşılmaz olduğunu bildirib.

İnterpress.az-ın xəbərinə görə, A.Abbas deyib ki, torpağı yandıranda orada olan cücülər, ziyanvericilər məhv olur.Deputatın sözlərinə görə, yanan hissə gübrəyə çevrilir: “Bunun ziyanının nə olduğunu anlamıram. Aydınlıq gətirilsin ki, bu qadağa niyə tətbiq edilir?”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, mütəxəssislər torpağın yandırılmasının əleyhinədir: “Torpağın üz qatının yandırılması olduqca ziyanlıdır. Samanın torpaqla qarışdığı zaman verdiyi mineral effekt yanan zaman olmur. Dəyişikliyin izahı budur… O ki qaldı ziyanvericilərlə bağlı məsələyə, o elə bir şeydir ki, yandırmaqla düzələn deyil, qaçıb gedirlər. Həmin ziyanvericilərlə mübarizənin ayrıca üsulları var”.

İnterpress.az