Onlar dünyanın ən bahalı futbolçuları oldularbackend

Onlar dünyanın ən bahalı futbolçuları oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin açıqlamasına əsasən, İngiltərə \”Tottenhem\”inin futbolçusu Harri Keyn ən bahalı futbolçu adına layiq görülüb. 25 yaşlı hücumçunun transfer məbləği 201.2 milyon avro olaraq qiymətləndirilir.

Fransanın PSJ klubunun hücumçusu Neymar 195.7 milyon avro ilə 2-ci, onun komanda yoldaşı Kilian Mbappe 186.5 milyon avro ilə 3-cü, İspaniya \”Barselona\”sının ulduz futbolçusu Lionel Messi 184.2 milyon avro ilə 4-cü və İngiltərə \”Liverpulu\”nun yarımmüdafiəçisi Məhəmməd Salah isə 171.3 milyon avro ilə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 100 ən bahalı futbolçunun siyahısını analitiklər tərəfindən tərtib edib.

İnterpress.az