Müğənni Kərimlə bağlı DİN-dən AÇIQLAMA – ÖZƏLbackend

Müğənni Kərimlə bağlı DİN-dən AÇIQLAMA – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Kərim Abbasovun onu təhqir etdiyini iddia edən iki vətəndaşın polis şöbələrindən birində üzr istəməsini əks etdirən videogörüntüləri yayması ilə bağlı araşdırma aparılır.

Bu barədə İnterpress.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib. O qeyd edib ki, sözügedən məsələ ilə bağlı DİN və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən araşdırma aparılır.

Bildirilib ki, müğənni Kərim Abbasovun onu təhqir etdiyini iddia edən vətəndaşların polis şöbəsində üzr istəməsini əks etdirən görüntüləri mobil cihazının kamerası vasitəsilə lentə alaraq yayması ilə bağlı araşdırma aparılır. Məsələyə qanuni çərçivədə münasibət bildiriləcək.

Məsələ araşdırılandan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün bundan öncə müğənni Kərim Abbasov sosial şəbəkədə onu təhqir edən şəxslər barədə polisə müraciət edib. Müğənninin müraciəti əsasında onu təhqir edən şəxslər paytaxtda yerləşən polis bölmələrindən birinə dəvət olunub. K.Abbasovun da iştirak etdiyi dindirmə prosesində onu təhqir edən vətəndaşlar üzr istəyib. Amma ən maraqlısı odur ki, müğənni polis bölməsində şəxsən polisin iştirakı ilə onu təhqir edən vətəndaşların üzr istəməsini əks etdirən görüntüləri mobil telefonu vasitəsilə canlı yayım edərək izləyicilərinə təqdim edib. Daha sonra müğənni həmin görüntüləri ictimaiyyətə bir daha təqdim edərək polislə birlikdə Azərbaycan vətəndaşlarını necə alçaltdığını göstərib. Məlumata görə, adı məlum olmayan polis bölməsinin rəisi ilə dost olan müğənni Kərim bu addımı ilə onu təhqir edənlərin qarşısını almağa çalışıb.

İnterpress.az