Bakıda qəribə hadisə: “Evimdə oğru var, gəlib tutun”backend

Bakıda qəribə hadisə: “Evimdə oğru var, gəlib tutun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Nərimanov Rayon Mühafizə İdarəsinə məxsus avtomarşurutda xidmət aparan polis əməkdaşları, rayonun Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olarkən bir şəxs onlara yaxınlaşaraq mənzilinə oğru girdiyini deyib. Həmin şəxs polis maşınını saxladaraq bildirib ki, oğru hələ də evdədir və onun tutulması üçün kömək istəyib.

Avtomarşrutda xidmət aparan polis əməkdaşları dərhal həmin vətəndaşa məxsus mənzilə gəliblər və mənzildən oğurluğa cəhd göstərən bir nəfəri şübhəli şəxs qismində saxlayaraq sonrakı araşdırmaların aparılması üçün ərazi üzrə 18-ci Polis Bölməsinə təhvil veriblər. Polis Bölməsində aparılmış araşdırmalarla oğurluğa cəhd olunmuş mənzilin, vətəndaş A.Nuruşova məxsus olması və mənzildən oğurluq edən şəxsin isə onun qonşuluğunda yaşayan 1987-ci il təvəllüdlü Mahmudov Sahib Seyfəddin oğlu olduğu məlum olub. S.Mahmudovun üzərinə baxış keçirilərkən qonşusunun mənzilindən oğurladığı 1300 manat pul üzərində aşkar edilib və maddi subut kimi götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci PB-də araşdırmalar aparılır.

İnterpress.az