Almaniyanın axtarışa verdiyi şəxs Azərbaycandan Türkiyəyə ekstradisiya olunacaqbackend

Almaniyanın axtarışa verdiyi şəxs Azərbaycandan Türkiyəyə ekstradisiya olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə T.Kamalın Türkiyə Respublikasına ekstradisiya edilməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, ittihama görə, T.Kamal Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Hollandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

Həmçinin T.Kamal Türkiyə tərəfindən də axtarışa verilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi zamanı Türkiyə tərəfi də T.Kamal haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.

Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.

İnterpress.az