Politoloq: “Ərdoğanın yenidən prezident seçilmək şansı var”backend

Politoloq: “Ərdoğanın yenidən prezident seçilmək şansı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə vəziyyət kifayət qədər gərgindir və bu, müəyyən dərəcədə xarici amillərlə bağlıdır”. İnterpress.az xəbər verir ki, bunu politoloq Fikrət Sadıxov Türkiyədə prezident seçkilərindən öncəki vəziyyəti Sputnik Azərbaycan-a şərh edərkən deyib.
Politoloq deyir ki, Türkiyənin ətrafındakı geo-siyasi fon həddindən artıq gərgindir: “Yaxın Şərq regionunda vəziyyət gərgindir. Bütün bunlar və digər xarici amillər Türkiyənin daxili vəziyyətinə təsir etməyə bilməz. Belə vəziyyətdə Türkiyə də çox maraqlı addımlar atır. Türkiyə sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlardan istifadə edir. Düşünürəm ki, Türkiyənin hazırkı dövlət başçısı kifayət qədər güclüdür və idarəetmə təcrübəsinə malikdir. Ona görə də, onun yenidən prezident seçilmək şansı kifayət qədər çoxdur”.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədəkənar parlament və prezident seçkiləri keçiriləcək.

İnterpress.az