Saxta pul dəyişməkdə şübhəli bilinən şəxs saxlanılıbbackend

Saxta pul dəyişməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, iyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Həmin əskinaslar ekspertizaya təqdim olunub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.

Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az