Latviya yığmasının futbolçusu: “Azərbaycan millisi daha aktiv və mobil komandadır”backend

Latviya yığmasının futbolçusu: “Azərbaycan millisi daha aktiv və mobil komandadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu iyunun 9-da Riqada Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Latviya yığmasının futbolçusu Yanis İkaunyek deyib.

Vətənində “Liepaya” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan millisi keyfiyyətli heyətə malikdir: “Azərbaycan yığması daha aktiv və mobil komandadır. Ötən iki görüşdə meydana çıxmışam. Növbəti qarşılaşmada da oynayacağıma ümid edirəm”.

Latviya yığmasının Baltika Kubokunun qalibi olmasına da toxunan İkaunyek yığmanın oyununda müsbət dəyişikliklərin baş verdiyini söyləyib. O, bunu Miksu Paatelaynenin komandaya baş məşqçi təyin edilməsi ilə əlaqləndirib: “Baltika Liqasının qalibi olmaq xoşdur. Fikrimcə, iki il əvvəllə müqayisədə, oyunumuz daha yaxşı idi. Biz hücum edir, daha təhlükəsiz və aqressiv oynayırdıq. Litvanı məğlub etmək daha yaxşı olardı. Lakin yekunda istəyimizə çatdıq. Oyunumuzdakı dəyişiklik yeni baş məşqçinin xidmətidir. O, futbolçulara əminlik gətirib. Paatalaynenlə işləmək xoşuma gəlir”.

Qeyd edək ki, Latviya və Azərbaycan yığmaları arasında \”Dauqava\” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. (report)

İnterpress.az