Kürd də, türk də qardaşdır – Binəli Yıldırımbackend

Kürd də, türk də qardaşdır – Binəli Yıldırım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmperialist güclər kürdlərin əli ilə, canı ilə qanı ilə özləri üçün bir dövlət qurmağa çalışırlar. Amma onlar düşünməzlər ki, bu torpaqlarda kürdlər də, türklər də qardaşdırlar.

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım AK partiyanın təşkil etdiyi Qars mitinqində çıxış edərkən deyib.

Baş nazir bildirib ki, hazırda Türkiyə torpaqlarında imperialist güclərin qurduğu oyun planı mövcuddur: \”Bu oyun planında onlar kürdlərin qanı, canı hesabına özlərinə dövlət qurmağa çalışırlar. Buradan onlara səslənirəm və qulaqlarını açıb eşitsinlər ki, bu torpaqlarda yaşayan türklər də, kürdlər də qardaşdırlar, birlikdədirlər. Kürd və türklərə qarşı oyun planı cızanlar isə bizim əzəli düşmənlərimizdir ki, torpaqlarımızda tarixən gözləri olub\”.

\”Nə PKK, nə FETÖ, nə də İŞİD bizim dövlətimizə və torpaqlarımıza xələl gətirə bilməz. Bu millətin birliyini heç bir güc, heç bir imperialist yıxa bilməyəcək\”, – deyə Baş nazir Binəli Yıldırım vurğulayıb.

Səid Qərib
İnterpress.az