Filmimiz ilk dəfə bu beynəlxalq festivaldabackend

Filmimiz ilk dəfə bu beynəlxalq festivalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kulis.az-ın verdiyi xəbərə görə, filmin rejissoru Elvin Adıgözəldir. Festival bu ilin 10-16 iyul tarixləri arası 29-cu dəfə keçiriləcək.

Qeyd edək ki, filmin prodüserləri İntiqam Hacılı və Teymur Hacıyevdir. Filmin ko-prodüseri (co-producer) fransız Etienne de Ricauddır. Filmdə Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Cahangir Məlikov, İlqar Dadaşov, Tərlan Rəsulov, Ayşad Məmmədov, Ziyadxan Əliyev, İntiqam Hacılı çəkiliblər.

Filmin prodüseri İntiqam Hacılının verdiyi məlumata görə, film Biləsuvar rayonunda və Bakı şəhərində çəkilib. Film FİD Marselin əsas yarışma bölməsində Almaniya, Cənubi Koreya, Çili, Fransa, Braziliya, İspaniya, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Belarus kimi ölkələrdən olan rejissorların filmləri ilə birgə yarışacaq. Festival həm də öz spesifik xüsusiyyətinə görə seçilir.

“Qaranlıqdan reportaj” Azərbaycan kino tarixində ilk filmdir ki, bu festivalda iştirak edir. İntiqam Hacılı bu uğuru Azərbaycanda müstəqil kinonun (independent cinema) uğuru kimi dəyərləndirir.

İnterpress.az