28 yaşlı gənc məktub yazdı – Özünü asdıbackend

28 yaşlı gənc məktub yazdı – Özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Vüsal Taleh oğlu Həsənov yaşadığı evdə özünü asaraq öldürməyə çalışıb.

28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olan zaman məktub yazaraq kəndiri boğazına keçirib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib.

V.Həsənovun həyat yoldaşı evə gələn zaman onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

İnterpress.az