“Neftçi”yə yeni baş məşqçi təyin edildibackend

“Neftçi”yə yeni baş məşqçi təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın klubun saytına istinadən məlumatına görə, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, komandamızın yeni baş məşqçisi Roberto Bordin 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın \”Bolonya” (2005-2006), \”Padova” (2006-2007), \”Ellas Verona” (2007, 2010-2015), \”Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın \”Triestina” (2016) və Moldovanın \”Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı \”Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə \”Qızıl skamya” mükafatına layiq görülüb.

İnterpress.az