Akif Əlizadə yenidən AMEA prezidentliyinə namizəd oldubackend

Akif Əlizadə yenidən AMEA prezidentliyinə namizəd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasda prezident vəzifəsinə namizəd kimi akademik Akif Əlizadənin adının gizli səsvermə büllleteninə daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.

Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcək.

Xatırladaq ki, AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.

İnterpress.az