AMEA Rəyasət Heyətinin yeni tərkibi seçildi – Siyahıbackend

AMEA Rəyasət Heyətinin yeni tərkibi seçildi – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ümumi yığıncaqda keçirilən seçki ilə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləri, seçki nəticəsində akademiklər – Akif Əlizadə sədr, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova vitse – prezidentləri seçiliblər.

Rasim Əliquliyev AMEA-nın akademik – katibi, Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin akademik-katibi, Ismayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin və Fuad Əliyev AMEA Gəncə Bölməsinin sədri olublar.

AMEA-nın Rəyasət Heyətinə akademiyanın müxbir üzvü Bilal Bilalov da seçilib.

İnterpress.az