Çin istehsalı oyuncaqlar uşaqların axırına çıxırbackend

Çin istehsalı oyuncaqlar uşaqların axırına çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düzdür satışda Avropanın zavod istehsalı normal oyuncaqlarına da rast gəlinir. Amma onların qiyməti dodaq uçurdur. Iş ondadır ki, Avropa istehsalı oyuncaqlar standartlara uyğun materialdan hazırlanır, natural rənglərdən istifadə olunur. Onlar uşağın sağlamlığına zərər gətirəcək istənilən riskdən uzaqdır.

Bu gün Azərbaycanın oyuncaq bazarında 80% Çin istehsalı və ya mənşəyi məlum olmayan məhsullardır. Ölkədə istehlakçıların, xüsusən uşaqların sağlamlığını nəzarətdə saxlayan dövlət strukturu yoxdur və bu sahədə özbaşınalıqdır. Azad sahibkarlıq isə istənilən iş adamının belə zərərli oyuncaqları ölkəyə gətirməsinə zəmin yaradır. Bu oyuncaqların keyfiyyətini yoxlayan laboratoriya belə yoxdur.

Medicina. az Media.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Yaqubov birliyə məhz oyuncaqların keyfiyyəti ilə bağlı şikayət daxil olmadığını bildirərək, bunu valideynlərin məlumatsızlığı, hansı oyuncağın uşağına ziyan etməsini bilməməsi, bir növ sağlamlığına laqeydliyi ilə əlaqələndirib.

\” Nazirlər Kabinetinin təhlükəsizlik sertifikatı olmalı olan məhsulların siyahısında uşaq oyuncaqları da var. Bazara daxil olmazdan əvvəl istehsalçı və ya satan şəxs sertifikat almalıdır. Bizim məlumatımıza görə, bazarda 800 adda məhsul keyfiyyət sertifikatı olmadan satılır. Hazırda satışda olan oyuncaqların 80% -i uşaq sağlamlığı üçün zərərlidir. Daha çox Çİndən idxal olunan təhlükəli oyuncaqlar iri bazarlarda, yarmarkalarda, Sədərək, Binə kimi iri ticarət mərkəzlərində açıq satılır.
Valideynlər pis iy gələn oyuncağı almasın. Oyuncağı almazdan əvvəl ağ dəsmalla silsin, əgər rəng çıxırsa, ondan imtina etsin. Həmçinin uşaq üçün istənilən məhsulu alanda sanitar – gigiyenik sertifikat tələb etsinlər”.

Qeyd edək ki, Çin istehsalı saxta oyuncaqların tərkibinə melanin, fatalat kimi zərərli maddələr daxildir ki, bunlar sonsuzluq, onkoloji xəstəliklər yaradır.

İnterpress.az