“Mister və Miss kids” yarışması keçirilib – FOTObackend

“Mister və Miss kids” yarışması keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 İyun – Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə təşkil olunan yarışmada kastinq yolu ilə finala vəsiqə qazanan 40 uşaq səhnəyə çıxıb. Gecədə iştirakçılar üç tərzdə – milli, avanqard və ziyafət geyimlərini nümayiş etdiriblər. Qalibləri peşəkar münsiflər heyətindən ibarət komanda müəyyənləşdirib. Münsiflər heyətində modelyer Şəlalə Maqsudova, “Fashion Club” model məktəbinin rəhbəri Lyubov Kutorova, model Rüstəm Cəbrayılov və stilist Nura Babayeva təmsil olunub. 3 yaş qrupunda yarışmada iştirak edən uşaqlar əsas mükafat – “Mister və Miss kids” uğrunda mübarizə aparıblar. Tədbirdə balaca modellərimizi Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ təsviri sənət kafedrasının dosenti Aysel Əzizovanın tələbələri, modelyerlər Natiq Musazadə, Ayşən Oruclu, Emili Amin də öz avanqard geyimləri ilə təmin etmişdi.

“Mister və Miss kids” yarışması keçirilib - FOTO

Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı layihənin çox çətin, eyni zamanda maraqlı olduğunu vurğulayıb. Gecənin aparıcılığını Zabir Əliyev və Sədaqət Rəşidqızı edib. Tədbirin baş sponsoru “X lady” qaliblərə 100, 80, 60 manatlıq hədiyyə kuponu təqdim edib. Təşkilatı dəstəkçisi “Zingomega” yağları balalarımıza xüsusi hədiyyələr verib. (lent.az)

“Mister və Miss kids” yarışması keçirilib - FOTO

İnterpress.az