Ekspert: “Magistr təhsili insan kapitalının inkişafına səbəb olur”backend

Ekspert: “Magistr təhsili insan kapitalının inkişafına səbəb olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Magistratura pilləsini bitirmiş şəxslərə əmək bazarında tələbat daha böyükdür”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
Ekspert bildirib ki, dünyada əmək bazarının tələbatı daha çox magistrlara olur: “Çünki onlar təkcə hər hansı sahə üzrə formalaşmırlar, həmçinin elmi tədqiqatlarla məşğul olurlar. Bu da insan kapitalının inkişafına səbəb olur. Bu gün magistratura təhsilinin genişlənməsi və gənclərin cəlb olunması vacib məsələdir. Düşünürəm ki, indiki şəraitdə əmək bazarında magistratura pilləsini bitirmiş şəxslərə daha çox üstünlük verilməlidir. Təəssüfləndirici haldır ki, magistr təhsili alanlar bakalavr mərhələsini bitirənlərin kiçik bir hissəsini təşkil edir. Artıq bir çox ölkələrdə orta məktəb müəllimlərinin magistr təhsilinə yiyələnməsi gündəmə gətirilir”.

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, seçim iyunun 8-dən 18-dək aparılacaq.

İnterpress.az