Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Paşinyan məsuliyyəti üzərindən atmaq üçün belə sərsəm fikirlər söyləyir”


Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində tərəf kimi iştirak etməli olduğunu deməsi onun həm də təcrübəsizliyindən xəbər verir.

Dərc edilib: 11 iyun 2018 [12:11]
Baxış sayı: 9868

İnterpress.az xəbər verir ki, bunu Trend-ə Milli Məlisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim münaqişənin həlli üzrə aparılan danışıqlarda tərəf kimi iştirak edə bilməz:

"Bu bəyanatı səsləndirən Paşinyan da, digərləri də yaxşı bilirlər ki, Azərbaycan torpaqları xaricdəki havadarlarının köməyi ilə Ermənistan tərəfindən işğal olunub, yəni bu işğal dövlət səviyyəsində olan işğaldır. Xocalıda soyqırım Ermənistan tərəfindən törədilib. Lakin bunlar həmişə məsuliyyəti üzərilərindən atmaq üçün bu cür bəyanatlar səsləndirirlər. Paşinyandan soruşmaq lazımdır ki, əgər doğrudan da qondarma rejim "müstəqil ölkə"dirsə, özünü müdafiə edirsə, orada erməni hərbçilərinin nə işi var? Bəs Ermənistan bu rejimin "müstəqilliyi"ni niyə tanımır? Baş nazir postuna gələn kimi niyə Dağlıq Qarabağa getmişdi?! Yəni bütün bunlar onun sərsəmləməsidir, avantüralarıdır”.


Millət vəkili qeyd edib ki, N.Paşinyanın Baş nazir kimi belə bəyanat səsləndirməsi onun təcrübəsizliyini və danışıqlar prosesinin real vəziyyəti haqqında məlumatlı olmadığını göstərir:

“Ümumiyyətlə, hələ heç bilinmir ki, Paşinyan hökuməti tam formalaşa biləcək, ya yox. Ermənistanda hələ də ara-sıra etirazlar olur. Paşinyan küçələrə çıxarkən insanlara verdiyi vədlərin heç birini bu gün Baş nazir kimi yerinə yetirmir. Artıq yeni Baş nazirə etimad azalır. Ona görə də Paşinyan diqqəti ölkə daxilindən Dağlıq Qarabağ münaqişəsinə yönəltmək, məsuliyyəti öz üzərindən atmaq üçün belə sərsəm fikirlər söyləyir”.

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 50