“Yasın yeməyini yığıb evə aparır” – VİDEObackend

“Yasın yeməyini yığıb evə aparır” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla”ya müsahibə verən müğənni Xatun Əliyeva deyib.

“Mənim nə qədər ömrüm var ki, bunların terapiyası ilə məşğul olum. Deyim, ay qız, bunu eləmə, özünü yaxşı apar ki, qızın üstünə qışqırmasın. Bunları niyə etməliyəm ki? Şou-biznes elə aləmdir ki, burada dostu, düşməni tanımırsan. Çalışıram onlardan uzaq olum. Ən yaxın çörək kəsdiyim adama belə etibarım yoxdur. Çalışıram qohumlarımı daha üstün tutum.

Məclisim olanda istəyirəm orda şou aləmindən daha çox qohumlarımı görüm. Çünki etibar etmirəm onlara. Bu, mənim tərbiyəmə, dünya görüşümə örnək ola bilməz. Bunları görə-görə vaxtında ürəyimi sevindirəni əlim gəlmir kəsib atam, cərrahlıq edəm. Amma kəsib atdıqlarım da var. Doğrudan da cərrahlıq etmişəm. İnandığım, sözümü dediyim bir insan var, o da Rüfət Axundovdur. Bir ona hərtərəfli etibar edirəm”.

İnterpress.az