“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı – FOTObackend

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən mərasimdə ölkənin tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, millət vəkilləri, iş adamları, Cümhuriyyət dövrünün araşdırmaçıları, media rəhbərləri və jurnalistlər iştirak edib.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər müsabiqənin məqsədləri haqqında məlumat verib. Qeyd edib ki, əsas məqsəd gənc nəslin nümayəndələri arasında Cümhuriyyət tarixi və dəyərlərinin təbliğidir: “Cümhuriyyəti quranlar qədər yaşadanlar da önəmlidir. Məlumat üçün bildirim ki, “Yeni Çağ” Media Qrupu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönüm ilə əlaqədar olaraq may ayında “Cümhuriyyət üçün yaz” müsabiqəsi keçirib. 28 mayda nəticələri açıqlanan müsabiqənin mükafatlandırma mərasimini məhz 15 iyun Milli Qurtuluş Günü ərəfəsinə saldıq. Çünki Azərbaycan daim tarixi şəxsiyyətlər yetişdirib – Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və bu gün ölkəmizi bütün dunyada tanıdan prezidentimiz İlham Əliyev. Onlar öz adlarını Azərbaycan tarixinə yazmış şəxslərdir”.

Aqil Ələsgər müsabiqənin keçirilmə prosesindən də söz açıb: “Bu müsabiqə 1 ay davam etdi. Belə ki, 2018-ci il mayın 1-də başlayan müsabiqəyə 28 may saat 12-00-da yekun vurulub. Müsabiqənin qalibləri avtomatik “random” üsulu ilə seçilib. Yəni, qaliblər bizim heç bir müdaxiləmiz olmadan seçilib. İnanırıq ki, biz Cümhuriyətimizin 100 illiyi kimi 1000 illiyi də qeyd olunacaq və Cühuriyyətimizin bir dəfə yüksələn bayrağı heç vaxt enməyəcək”.

Tədbirdə çıxış edən qonaqlar bu müsabiqəsinin təşkilini AXC-nin 100 illiyinə böyük töhfə kimi qiymətləndiriblər. Daha sonra müsabiqənin qalibləri mükafatlandırıllıb.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun təşkil etdiyi “Cümhuriyyət üçün yaz” müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilib. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verib.

Ümumilikdə 1205 nəfərin qatıldığı müsabiqənin qalibləri müvafiq olaraq 50, 100, 300. 500, 1000 manat pul mükafatı qazanıblar. Bundan başqa, “Yeni Çağ” Media Qrupu öncədən elan etdiyi kimi, müsabiqədə ən yaxşı postu yazan 3 iştirakçını da mükafatlandırıb.

Ən yaxşı postların müəllifləri aşağıdakı iştirakçılardır:

1. Ləman Ələşrəfqızı
2. Dilqəm Əhməd
3. Kamran Şamil

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri:

1. Mila İsmayıl – 1000 manat
2. Vüqar Əliyev – 500 m
3. Kərim Kərimli – 300 m
4. Əcəmi Asedulla – 100 m
5. Qaya Nəsibzadə – 100 m
6. Elsevər Hüseynoğlu – 100 m
7. Samid İbrahimov- 50m
8. Murad Mustafayev – 50 m
9. Rasiya Hüseynova – 50m
10. Zaur İsa – 50m (musavat)

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı - FOTO

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı - FOTO

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı - FOTO

İnterpress.az