“Neftçi”nin baş məşqçisinə daha iki köməkçi təyin olundubackend

“Neftçi”nin baş məşqçisinə daha iki köməkçi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Neftçi\” futbol komandasının yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.

İnterpress.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlardan biri ötən mövsüm \”Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədovdur. Digər köməkçi-məşqçi isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.

İnterpress.az