Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Politoloq: “Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqlar əsasında qurulub”

Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqaz və Xəzər regionunda yaranan siyasi arxitekturanın təməlini təşkil edir

Dərc edilib: 12 iyun 2018 [11:17]
Baxış sayı: 1678

“Yeni Rusiya qonşuları ilə praqmatik əsaslarla münasibət qurmağa çalışır”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Azərbaycan-Rusiya münasibətlərini şərh dərkən politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Rusiyanın qonşuları ilə münasibətlərinin tarixi ənənələri var:

“Bəzi hallarda münasibətlər mürəkkəb şəkildə inkişaf edir. 90-cı illərin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri çox çətin şəraitdə formalaşırdı. Vladimir Putinin hakimiyətə gəlməsindən sonra Azərbaycanla olan münasibətlər hər iki tərəfin maraqlarına cavab verən əsaslara söykənməyə başladı. Bu gün iki ölkənin münasibətləri Cənubi Qafqaz və Xəzər regionunda yaranan siyasi arxitekturanın təməlini təşkil edir. Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqlar əsasında qurulur. İki ölkənin münasibətlərinin inkişafına nikbin yanaşırıq”.

İyunun 12-si Rusiya Günü kimi qeyd olunur.


İnterpress.az












Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 335